2020-04-27
Xocalı soyqırımı abidəsinin bərpadan sonra yenidən açılışı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım qurbanlarının xatirəsinə Avropadakı ilk abidə bərpa olunaraq 24 aprel 2020-ci il tarixində Haaqa şəhərində daha görkəmli yerdə yenidən açılmış və artıq yerli əhalinin diqqətini cəlb etmişdir. Artıq 10-dan çox dövlət və ABŞ-ın 20-dən çox ştatının soyqırım kimi tanıdığı və XX əsrin ən dəhşətli soyqırımlarından biri hesab olunan Xocalı soyqırımı abidəsinin açılışı və bərpasında fəallıq göstərmiş Niderlandda yaşayan azərbaycanlılara, Haaqa bələdiyyəsinə, anım mərasimində iştirak etmiş deputatlar və tarixçilərə bu addıma görə öz dərin minnətdarlığımızı bildiririk. 

növbəti xəbər əvvəlki xəbər