2020-03-13
Vətəndaşların diqqətinə!

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının Azərbayca Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində AR Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 12.03.2020-ci il tarixində qəbul edilmiş qərara əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “ASAN viza” elektron portalı vasitəsilə vizaların rəsmiləşdirilməsi 45 gün müddətinə dayandırılmışdır.

sdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsinin də 45 gün müddətinə dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq qaydada tapşırıq verilmişdir.

Bu çərçivədə, Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi məqsədilə AR-in müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri tövsiyə olunur.

Bu xüsusda, aşağıdakı tövsiyə edirik:
1. Niderlandda müvəqqəti və daimi əsaslarla yaşayan AR vətəndaşlarının konsulluq qeydiyyatına düşməsi: http://hague.mfa.gov.az/content/18 bu linkdən konsulluq qeydiyyatı üçün tələb edilən sənədlər barədə məlumat əldə edilə bilər. Qeydiyyat üçün fiziki olaraq gəlmək lazım deyil. Müvafiq sənədlər poçt vasitəsilə Səfirliyə göndərilə bilər.
2. Koronavirus ilə əlaqədar baş verəcək fövqəladə vəziyyətlərdə və təxliyə zamanı müvafiq məlumatlandırılmanın təmin edilməsi məqsədilə müvafiq elektron adreslər və sosial şəbəkə məlumatları Səfirliyə təqdim edilməlidir;
3. Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan AR vətəndaşları 14 və ya tələb olunduğu halda 21 gün karantin rejiminə yerləşdiriləcəklər;
4. Ümumdünya Səhiyyə Təşkilatının siyahısına əsasən, koronavirus pandemiyasının xüsusilə geniş yayıldığı ölkələrin vətəndaşları və son 14 gün ərzində həmin ölkələrdə olmuş digər ölkə vətədaşları viza müraciətləri zamanı COVİD-19 testindən keçmələri barədə tibbi arayış təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər