2022-01-06

20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi

Hörmətli soydaşlar,
 
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi 5-18 yaşlı məktəb şagirdləri arasında “20 Yanvar- uşaqların gözü ilə” rəsm müsabiqəsi elan edir.
 
Rəsm müsabiqəsində iştirak etmək istəyənlər əl işlərini, rəsmə holland və ya ingilis dilində 2-3 cümlə ilə öz şərhlərini əlavə etməklə, 18 yanvar 2022-ci il tarixinədək səfirliyin info@azembassy.nl elektron ünvanına və ya
Ambassade van Azerbeidzjan
Andries Bickerweg 6,
2517JP Den Haag, the Netherlands
poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə Niderland Krallığında və xaricdə yaşayan uşaqlar iştirak edə bilərlər.
 
Bütün rəsmlər səfirliyin tvitter və feysbuk səhifələrində yerləşdiriləcəkdir. Müsabiqə qalibləri səfirlik tərəfindən mükafatlandırılacaqdır.
 
Sizi müsabiqədə fəal iştirak etməyə dəvət edirik.
 

 
 
 

Arxiv üzrə axtarış