2020-04-07

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilmiş qanunsuz "seçkilər"in tanınmaması haqqında Qoşulmama Hərəkatı tərəfindən kommünike qəbul edilmişdir

Qoşulmama Hərəkatına üzv dövlətlər 4 aprel 2020-ci il tarixində kommünike qəbul edərək, Azərbaycanın işğal edilmiş ərzilərində 31 mart 2020-ci il tarixində keçirilmiş "prezident və parlament seçkiləri"ni tanımadıqlarını bəyan etmişlər. Kommünikedə Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniləşdirilməməsi ilə bağlı Qoşulmama Hərəkatı dövlətlərinin öhdəliyi təsbit edilmişdir. 

Arxiv üzrə axtarış