2020-03-18

Vətəndaşların diqqətinə!

Diqqətinizə çatdırırıq ki, koronavirusun geniş yayılması səbəbindən, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin konsulluq şöbəsinin iş qrafiki dəyişmişdir. Belə ki, vizaların rəsmiləşdirilməsi dayandırılmışdır. Yalnız təcili və təxirəsalınmaz konsulluq əməliyyatlarının keçirilməsi mümkündür. Təcili və təxirəsalınmaz konsulluq əməliyyatları ilə bağlı +31703921939 telefon nömrəsi və ya info@azembassy.nl e-mail adresi vasitəsilə fərdi görüş təyin edilməlidir.

Arxiv üzrə axtarış