2020-03-16

Niderlanddakı Azərbaycan vətəndaşlarının diqqətinə!

Məlumat üçün bildiririk ki, COVİD-19 virusunun geniş yayılması ilə əlaqədar Azərbaycan Respublikasının bir çox xarici ölkələrlə aviauçuşları və nəqliyyat əlaqələri məhdudlaşdırılmış və ya tam şəkildə dayandırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasına giriş-çıxış vizasının rəsmiləşdirilməsi dayandırılmış və vizalar yalnız təcili və təxirəsalımaz hallarda rəsmiləşdirilir.

COVİD-19 virusunun geniş yayıldığını nəzərə alaraq, mümkün təxliyə və evakuasiya üçün, hazırda Niderlandda müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyatının müəyyənləşdirilməsi zəruridir. Bununla əlaqədar, Niderlandda hazırda yaşayan Azərbaycan vətəndaşlarının müəyyənedici məlumatlarının (telefon, ünvan) və xarici pasportlarının surətinin Səfirliyə (info@azembassy.nl elektron ünvanına) göndərilməsini xahiş edirik.  

Səfirliyin qaynar xətti: +31642129317-dir.  Xahiş edirik yalnız təcili və təxirəsalınmaz hallarda bu nömrə ilə əlaqə saxlayasınız. Eyni zamanda, Səfirliyin elektron poçt ünvanına (info@azembassy.nl) məlumat verməyiniz xahiş olunur.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər kabineti yanında  operativ qərargahın qaynar xətti fəaliyyət göstərir. 

Qaynar xətt nömrələri:     

(+994) 12 492 4161

(+994) 12 492 7554

(+994) 12 505 1333

(+994) 12 505 0330

Arxiv üzrə axtarış