2020-02-12

Səfir F.Axundov etimadnaməsini kral Villem-Aleksandra təqdim etmişdir

12 fevral tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri F.Axundov bu ölkəyə təyinatı ilə bağlı etimadnaməsini Niderland kralı Villem-Aleksandra təqdim etmişdir.

Səfir Azərbaycan və Niderland arasında siyasi, iqtisadi, humanitar və bir sıra digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirmiş və bu əlaqələri daha da genişləndirmək üçün öz səylərini əsirgəməyəcəyini qeyd etmişdir. Kral Villem-Aleksandr F.Axundovun təyinatının iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə olan əminliyini ifadə etmişdir.  

 

Arxiv üzrə axtarış