2020-01-30

Haaqa Beynəlxalq Model BMT iştirakçıları ilə səfirlikdə görüş keçirilib

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində “Haaqa Beynəlxalq Model BMT” konfransında iştirak etmək üçün bu ölkəyə gələn 50-yə yaxın azərbaycanlı məktəbli, müəllim və valideyn ilə görüş keçirilib. “Haaqa Beynəlxalq Model BMT” konfransı dünyanın müxtəlif ölkələrindən orta məktəb şagirdləri üçün təşkil olunan simulyasiyadır. 

Görüşdə məktəblilərə səfirliyin fəaliyyəti, Azərbaycan ilə Niderland arasındakı əlaqələr haqqında ətraflı məlumat verilib.

Sonra şagirdlərin “Haaqa Beynəlxalq Model BMT” konfransı çərçivəsində fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfirliyin diplomatları şagirdlərin ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətlərini təqdir edib və onlara uğurlar arzulayıblar.

 

 

Arxiv üzrə axtarış