Certificates of good conduct

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi (Ərizədə. ərizəçinin soyadı, adı, atasının adı, doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır);
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
  3. Sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 dollar rüsumun ödənilməsinin təsdiqi. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır

Qeyd. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Search in archive