Nikahın Pozulmasının Qeydə Alınması

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1.     Nikahın pozulması haqqında ərizə;

2.     Müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər;

3.     Nikah məhkəmə qətnaməsi əsasında pozulduqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya ondan çıxarış;

4.     Nikah ər-arvadın qarşılıqlı razılığı əsasında pozulduqda nikah haqqında şəhadətnamə;

5.     Nikah ərin (arvadın) ərizəsi əsasında pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qətnaməsi;

6.    40 dollar (qırx) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

Search in archive