ASAN Viza (e- Visa)

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər. Qeyd edilən internet səhifəsində elektron vizanı standart və ya təcili qaydada (qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində) əldə etmək mümkündür. 

Elektron viza yalnız www.evisa.gov.az internet səhifəsində qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir. 

 

Arxiv üzrə axtarış