Nikahın Pozulmasının Qeydə Alınması

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1.     Nikahın pozulması haqqında ərizə;

2.     Müraciət edənlərin şəxsiyyətini təsdiq edən sənədlər;

3.     Nikah məhkəmə qətnaməsi əsasında pozulduqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya ondan çıxarış;

4.     Nikah ər-arvadın qarşılıqlı razılığı əsasında pozulduqda nikah haqqında şəhadətnamə;

5.     Nikah ərin (arvadın) ərizəsi əsasında pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qətnaməsi;

6.    40 dollar (qırx) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır.

 

DİQQƏT:  Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin konsulluq şöbəsinin iş qrafiki dəyişmişdir. Belə ki, vətəndaşlar yalnız əvvəlcədən təyin edilmiş fərdi görüş əsasında qəbul edilir. Görüş təyin edilməsi üçün consul_thehague@mission.mfa.gov.az e-mail ünvanı ilə əlaqə saxlamağınız zəruridir. Görüş təyin edilmədən vətəndaşların qəbuluna icazə verilmir.

 

DİQQƏT: Konsulluq məsələləri ilə bağlı bütün sualları yazılı şəkildə consul_thehague@mission.mfa.gov.az  elektron ünvanına göndərməyiniz xahiş edilir. 

Arxiv üzrə axtarış