2021-09-07

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib.

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 162 nömrəli, 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 16 iyul tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli
230 nömrəli, 2 avqust tarixli 231 nömrəli və 28 avqust tarixli 245 nömrəli qərarları) aşağıdakı məzmunda 2.5-6-cı bənd əlavə edilsin:
2
“2.5-6. 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
2.5-6.1. Çin Xalq Respublikası;
2.5-6.2. Estoniya Respublikası;
2.5-6.3. Finlandiya Respublikası;
2.5-6.4. Fransa Respublikası;
2.5-6.5. Honq-Konq (ÇXR);
2.5-6.6. Xorvatiya Respublikası;
2.5-6.7. İslandiya Respublikası;
2.5-6.8. İtaliya Respublikası;
2.5-6.9. Latviya Respublikası;
2.5-6.10. Litva Respublikası;
2.5-6.11. Malayziya;
2.5-6.12. Səudiyyə Ərəbistanı Krallığı;
2.5-6.13. Yaponiya.

Arxiv üzrə axtarış