Pasport
Ümumvətəndaş pasportunun əldə edilməsi
Azərbaycan Respublikasının ümum vətəndaş pasportunu əldə etmək üçün müraciət edən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilməlidir.Müraciət edən şəxs Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən verilmiş və etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsinə sahib olduğu təqdirdə birbaşa pasport üçün müraciət edə bilər.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir
Ümumvətəndaş pasportu üçün lazım olan sənədlər
Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsina malik olan şəxslər Səfirlik vasitəsilə ümumvətəndaş pasportuna müraciət edə bilərlər. Pasport üçün sənədlər konsulluq şöbəsi tərəfindən təyin olunmuş görüş zamanı təqdim edilməlidir. Sənədləri tam olmayan şəxslərin müraciətlərinə baxılmır.
1. Ərizə-anket (18 yaşı tamam olmuş); Ərizə-anket (18 yaşı tamam olmamış);
2. Müraciət edən şəxsin ərizəsi;
3. Müraciət edən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi və ya surəti;
4. 2 (iki) ədəd foto şəkil;
5. Ərizəçi 18-35 yaş hədlərində olduqda, hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)
6. Yetkinlik yaşına çatmayan uşaqların valideynləri tərəfindən yazılmış razılıq ərizələri;
7. 25 dollar (iyirmi beş) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;
8. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) kassasında aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir (Nəzərə alınmalıdır ki, qeyd edilən dövlət rüsumunun ASAN Xidmətdə ödənilməsi qəbul edilmir). Qeyd edilən dövlət rüsumunun hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə də ödənilməsi mümkündür;
- bir yaşınadək uşaqlar üçün - 10 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat