2017-12-11
9 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

9 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin əməkdaşları və Niderlandda yaşayan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Anım mərasimini giriş sözüylə açan Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili C.Mirzəyev bildirmişdir ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan Heydər Əliyev Azərbayacn xalqı tərəfindən Ümummilli Lider Ulu Öndər kimi qəbul edilir. O qeyd etmişdir ki, xarizmatik lider olan Heydər Əliyev müstəsna rəhbərlik keyfiyyətlərinə malik, iti zəka sahibi, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan bir lider kimi xalqın ürəyində həkk olunmuşdur. Ulu Öndər siyasi lider və milli lider keyfiyyətlərini özündə ehtiva edən tarixi şəxsiyyət olmuşdur.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra ölkənin istər daxili, istər xarici siyasətində dirçəliş baş vermişdir. O hakimiyyətə gəldikdən sonra ölkədə vacib olan sabitliyi təmin etmiş, ölkənin dayanıqlı inkişafının əsasını qoymuşdur. İqtisadi cəhətdən Azərbaycanın yüksəlişi məhz Heydər Əliyevin səyləri nəticəsində həyata keçirilmişdir. Xarici siyasətdə də Azərbaycan bütün ölkələrlə mehriban qonşuluq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təməlini qoymuşdur. Məhz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə Əsrin Müqaviləsi, Bakı – Tbilisi – Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng transmilli layihələrin bünövrəsi qoyulmuş və bununla da, bugünkü Azərbaycanın iqtisadi inkişafının əsası təmin edilmişdir.

Müasir Azərbaycanın banisi Heydər Əliyev siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycan xalqının mənafeyinə tam olaraq cavab verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar xalqın etimadını qazandırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyini möhkəm əminlik yaratmışdır. Məhz bu səbəbdən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında sıx birləşir.

Tədbirdə eləcə də “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış etdilər.

növbəti xəbər əvvəlki xəbər