2017-05-12
Aİ-Azərbaycan Biznes Forumu

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan Aİ-Azərbaycan Biznes Forumu 8 İyun 2017-ci il tarixində Bakıda keçiriləcəkdir.

 

Aİ-Azərbaycan Biznes Forumunun əsas məqsədi Avropa və Azərbaycan şirkətləri arasında əlaqələrin yaradılmasına və inkişafına dəstək olmaqdır. Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Malena Mård tədbir öncəsi bildirmişdir: “Keçən ilki Forumun davamı olaraq, bu il baş tutacaq tədbir gələcək əməkdaşlıq çərçivəsində yarana biləcək çətinlikləri və fürsətləri vurqulayaraq, Aİ-Azərbaycan arasındakı biznes əlaqələrinə yenidən nəzər salmağa imkan yaradacaqdır.”

 

Forum Avropa İttifaqı və Azərbaycandan olan 400-ə yaxın şirkət və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrini bir günlük müzakirələr və  B2B görüşlərdə bir araya gətirəcək. Panel müzakirələrin əsas mövzusunu davam etməkdə olan iqtisadi islahatlar, eləcə də Kənd təsərrüfatı və Ərzaq, Ətraf mühit üçün Texnologiyalar, Nəqliyyat və Logistika, İKT və E-ticarət kimi, Aİ və Azərbaycan şirkətlərinə fürsətlər təqdim edən iqtisadi sahələr təşkil edəcək.  

 

Ümumi Məlumat

Aİ Azərbaycanın ümumi ticarətinin 51%-ni təmsil edən birinci iqtisadi tərəfdaşıdır. Son on ildə Aİ şirkətləri tərəfindən Azərbaycana 20 milyard ABŞ dolları investisiya qoyulmuşdur ki, bu da eyni müddətdə ölkəyə qoyulan investisiyaların 45%-ni təşkil etmişdir.

 

Texniki Məlumat

Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaqdır. Ətraflı məlumat və qeydiyyat üçün: http://www.ahk-baku.de/en/events/eu-azerbaijan-business-forum-2017/. Qeydiyyat (ödənişsiz, 1 İyun tarixinədək) açıq elan olunur.

 

 

Əlaqə

 

Aynur Nəsibova

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)

E: aynur.nasibova@ahk-baku.de  

T: +994 (12) 497 63 06/07 

əvvəlki xəbər