2016-10-19
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend agentliyinin sorğusuna cavabı

Sual: Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlmasını necə şərh edərdiniz?

Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi “Dağlıq Qarabağ xalqının öz iradəsini ifadə etməklə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında təsbit olunmuşdur” deməklə təmsil etdiyi qurumun ənənələrinə sadiq qalaraq Ermənistan ictimaiyyətini aldatmaq və özünə təsəlli verməklə məşğuldur.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd olunduğu kimi Dağlıq Qarabağın bütün əhalisinin, o cümlədən azərbaycanlı icmasının iradəsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin statusu danışıqlar prosesinə uyğun olaraq yalnız konsensus vasitəsilə müəyyən oluna bilər. Prezident İlham Əliyev tərəfindən “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə ətraflı müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusu ilə əlaqədar məsələlərə təfərrüatı ilə aydınlıq gətirilib

Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün Azərbaycana göstərilən təzyiqlərdən danışdı. Lakin, nitqinin ardınca Prezident İlham Əliyev bildirdi: “Heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.” Bu dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycan Respublikasının qəti və prinsipial mövqeyidir.

Göründüyü kimi, rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi Yerevan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaqdır.

Bu dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycanın qəti və prinsipial mövqeyidir. Göründüyü kimi, rəsmi Yerevan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi Yerevan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaq".

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop