2016-07-26
Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olundu.

Görüşdə həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulandı.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop