2015-12-30
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində ziyafət verilmişdir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində ziyafət verilmişdir. Ziyafətdə ölkədəki aparıcı diaspor təşkilatları – Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Niderland ictimaiyyətinin təmsilçilərinin təsis etdiyi Niderland-Azərbaycan Əməkdaşlıq Platforması, Azərbaycanın Holland Dostları Cəmiyyətinin, eləcə də Niderlandda akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının nümayəndələri və jurnalistlər iştirak etmişdir. Ziyafətdə səfir Mir-Həmzə Efendiyev çıxış etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop