2015-12-11
11 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunmuşdur

11 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunmuşdur.Tədbiri giriş sözü ilə açan Səfir Mir-Həmzə Efendiyev görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən parlaq siyasi fəaliyyətinin tarixi əhəmiyyətini, müstəqil dövlətçiliyimizin inkişafında müstəsna xidmətlərini məxsusi olaraq vurğulamışdır. Eyni zamanda Səfir Azərbaycanın bugünkü sürətli inkişafının başlanğıcı olan uzaqgörən neft strategiyası barədə tədbir iştirakçılarına məlumat vermiş, bu siyasətin hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda rejissor Vahid Mustafayevin Ümummilli Lider Heydər Əliyevin şanlı həyat yolundan bəhs edən “Dövlət” filmi nümayiş etdirilmişdir. Tədbirdə Səfirliyin əməkaşları, onların ailə üzvləri və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop