2015-09-10
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xariciİşlər Nazirləri Şurasının iclasında çıxışı Astana, 10 sentyabr 2015-ci il

Hörmətli cənab Nazirlər,

Cənab Baş katib,

Xanımlar və cənablar, 

Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında iştirak etməkdən məmnuniyyətimi ifadə edərək, mən dost və qardaş ölkələrin nümayəndə heyətlərini və şuranın müvafiq qurumlarının təmsilçilərini salamlayıram. Fürsətdən istifadə edərək, göstərilmiş isti qonaqpərvərliyə və iclasımızın mükəmməl təşkilinə görə Qazaxıstan Respublikası hökumətinə dərin təşəkkürümü ifadə edirəm. 

Təşkilatımız ümumi dil, tarix, mədəniyyət və ənənələrimiz əsasında təsis olunmuşdur. Türk Şurasının əsas prioritetlərindən biri təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, turizm, təhsil, elm və texnologiya kimi müxtəlif sahələrdə konkret layihələr vasitəsilə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsidir. 

1.    Təhlükəsizlik çağırışları 

Biz qəti şəkildə inanırıq ki, davamlı inkişaf və tərəqqi əldə etmək üçün sülh və stabilliyə daha çox ehtiyac duyulur. Azərbaycan regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa öz tövhələrini verir. Biz nəinki regionumuzda, hətta bunun hüdudlarından kənarda belə sülhün, sabitliyin əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün güclərimizi səfərbər edirik.

Təşkilatımızın iki üzvü Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirmiş, hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyə arasında belə artan hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcəkdir.

Fürsətdən istifadə edərək, mən qardaşımız cənab FeridunSinirlioğluna və Türkiyədə son vaxtlar törədilmişdəhşətli terror hücumlarının qurbanlarının ailələrinə dərin hüznlə baş sağlığımı bildirmək istərdim.

Bütün dünyada cərəyan edən son hadisələr bir daha sübut etdi ki, sülhü və sabitliyi möhkəmləndirməyin əsas sütunları dövlətlər tərəfindən hər birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, o cümlədən təcavüz siyasətindən çəkinməkdir. Buna baxmayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü erməni işğalının nəticəsi kimi 20 ildən çoxdur ki pozulmuşdur.  Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistan tərəfindən yerli əhalimizə qarşı etnik təmizləmə siyasəti aparılmış və demək olar ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olmuşdur. Əsas ənənəvi insan hüquqları da daxil olmaqla, bütün beynəlxalq norma və prinsiplər həyasızcasına pozulmuşdur. Hələ də Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnaməsinə kobud şəkildə rədd edir. 

2.    İqtisadi imtiyazlar

Türk Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığa toxunarkən, ölkələrimizin yerləşdiyi coğrafiyanın bizə  rəqabətədavamlı tranzit ölkə  potensialından istifadə üçün əlverişli imkanlar yaratdığını qeyd etmək istərdim. Bu səbəbdən, inanıram ki, coğrafiyamızdakı nəqliyyat infrastrukturu, daha da önəmlisi, qarşılıqlı əlaqə və infrastruktur əməkdaşlığın ən əhəmiyyətli sahələrindən biri kimi qalmalıdır. Avrasiya boyunca sərnişin və yük daşımalarına artan tələbat Şərq-Qərb nəqliyyat dəhlizini (xüsusilə bu dəhlizin Trans-Xəzər hissəsini) möhkəmləndirməyi labüd edir. Şübhəsiz, bu, əcdadlarımızdan bizə ötürülən tarixi İpək Yolunun bərpa edilməsinə kömək edəcək. Limanlarımızın maddi-texniki göstəricilərinintəkmilləşdirilməsi, nəqliyyat sisteminin sadələşdirilməsi siyasətinin təşviqi, multimodal yükdaşımaların keyfiyyətinin artırılması olduqca vacibdir. Gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarınınreallaşdırılmasına yol açacaq və ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq. Bu məqsədlə, Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik.

Məlum olduğu kimi, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif etmişdir. Bu gün Azərbaycan həm də Cənubi Qaz Dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır. Cənubi Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir. Bu, nəhəng Şah Dəniz qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək.

Bundan başqa, üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı  və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəkləyirik. Mən həmçinin, turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim.

3.Humanitarəməkdaşlıqəlaqələri

Humanitar sahədə əməkdaşlıq tərəfdaşlığımızın əsas sahələrindən biridir. Bu sahədə yarandığı ilk gündən etibarən türk xalqları mədəniyyətinin təbliğində mühüm rol oynayan TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndiririk. 2012-ci ildə yaradılmış Türk Akademiyası və Türk Mədəniyyəti İrsi Fondunun tez bir zamanda müvafiq prosedurları tamamlayaraq beynəlxalq təşkilat kimi fəaliyyətinin çox vacib olduğunu düşünürəm. Təhsil sahəsində nazir və işçi qruplarının mütəmadi görüşləri bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinə imkan yaradacaqdır. Türk tarixinə dair müştərək kitabının hazırlanması, universitetlərarası assosiasiya, tələbə-müəllim mübadiləsi proqramları kimi layihələr bu sahədə əməkdaşlığımızın inkişafına təkan verəcəkdir. Türk Şurası çərçivəsində fəaliyyətimizin digər perspektivli sahəsi idman və gənclər ola bilər.

Qlobal informasiya məkanının hər keçən gün genişlənməsi və onun güclü təbliğat fəaliyyəti mexanizmi kimi istifadə edilməsini nəzərə alaraq, bu ilki  Zirvə Görüşünün “media və informasiya sahəsində əməkdaşlıq” adı altında keçirilməsi günümüzün tələblərinə  cavab verir. Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv  dövlətlərin  media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı  çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirmək vacibdir. Biz Türk Şurasının BMT və İƏT-də  müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizigücləndirməliyik. Digər tərəfdən, Şuranın İƏT, ATƏT, BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Turizm Təşkilatı, BMT İnkişaf Proqramı ilə əməkdaşlığı təqdirəlayiqdir.

Soda mən bu vacib tədbirə uğurlu müzakirələr arzulayıram və təşkilatımızın məqsəd və prinsiplərinin həyata keçirilməsində peşəkarlığa görə Türk Şurasının baş katibi və onun yüksək səviyyədə hazırlıqlı komandasına yüksək minnətdarlığımızı bildirirəm.

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində qeyri-rəsmi görüşlərdə görüşənədək!

Təşəkkür edirəm.

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop