Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi

Ümumvətəndaş pasportunun əldə edilməsi

Azərbaycan Respublikasının ümum vətəndaş pasportunu  əldə etmək üçün müraciət edən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilməlidir.Müraciət edən şəxs Azərbaycan  Respublikasının müvafiq dövlət qurumları tərəfindən  verilmiş və etibarlılıq müddəti bitməyən şəxsiyyət  vəsiqəsinə sahib olduğu təqdirdə  birbaşa pasport üçün müraciət edə bilər. 

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir

 

Ümumvətəndaş pasportu üçün lazım olan sənədlər

Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsina malik olan şəxslər Səfirlik vasitəsilə ümumvətəndaş pasportuna müracətedə bilərlər. Pasport üçün sənədlər konsulluq şöbəsi tərəfindən təyin olunmuş günlərdə təqdim edilməlidir. 

1. Ərizə-anket (18 yaşı tamam olmuş); Ərizə-anket (18 yaşı tamam olmamış);

2. Müraciət edən şəxsin ərizəsi;

3. Müraciət edən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi və ya surəti;

4. 2 (iki) ədəd foto şəkil;

5. Ərizəçi 18-35 yaş hədlərində olduqda, hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)

6. Yetkinlik yaşına çatmayan uşaqların valideynləri tərəfindən yazılmış razılıq ərizələri;

7. 55 dollar (əlli beş) dövlət rüsumunun ödənilməsi haqqında qəbz.Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

8. Aşağıdakı dövlət rüsumu Azərbaycanda ərizədə (bənd 2) qeyd olunmuş şəxs tərəfindən ödənilir. 

- bir yaşınadək uşaqlar üçün - 10 manat;                                                        

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat;                                   

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat;                            

- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manat.