İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 1 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2007-ci ilin may ayında Azərbaycan Respublikasının Niderland Krallığında, 2009-cu ilin 23 oktyabr tarixində isə Niderland Krallığının Azərbaycan Respublikasında  səfirliyi təsis edilmişdir.

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Niderland Krallığı arasında 10 sənəd imzalanmışdır:

  1. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında hava daşımaları haqqında Saziş (11 iyul 1996)
  2. Azərbaycan Respublikası və Niderland Krallığı arasında əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu (24 aprel 1998)
  3. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Saziş (30 yanvar 2002)
  4. Niderland Krallığı Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu (4 fevral 2002)
  5. Azərbaycan-Niderland iqtisadi əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu (21 fevral 2002)
  6. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş ( 25 may 2004)
  7. Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan aldırılması və vergidən yayınmanın qarşısının alınması haqqına Konvensiya (22 sentyabr 2008)
  8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Niderland Krallığı Repatriasiya və Geri Qaytarma Xidməti arasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə Anlaşma Memorandumu (1 iyul 2009)
  9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Niderland Krallığı Ədliyyə Nazirliyi arasında cinayət işləri sahəsində qeyri əməliyyat əməkdaşlığı haqqına Anlaşma Memorandumu (10 avqust 2010)
  10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (6 noyabr 2014)

Əsas yüksək səviyyəli səfərlər və görüşlər

 

 

Dövlət və hökumət başçıları

 

 

7 may 2009-cu

Praqada Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində cənab Prezident İlham Əliyevin Niderlandın Baş naziri Yan Peter Balkenende ilə görüşü

1 dekabr 2010-cu il

ATƏT-in Astana Sammiti çərçivəsində cənab  Prezident İlham Əliyevin Niderlandın baş nairi Mark Rütte ilə görüşü

23 yanvar 2014-cü il

Davos İqtisadi Forumu çərçivəsində cənab Prezident İlham Əliyevin Niderlandın baş naziri Mark Rütte ilə görüşü

23-25 mart 2014-cü il

24-25 mart 2014-cü il tarxlərində Haaqa şəhərində Üçüncü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə cənab Prezident İlham Əliyevin Niderlanda işgüzar səfəri

 

Nazirlər

4-6 fevral 2002-ci il

Ədliyyə naziri Fazil Məmmədovun Niderlanda səfəri

12-19 may 2002-ci il

Təhsil naziri Misir Mərdanovun Niderlanda səfəri

4-10 dekabr 2007-ci il

Səhiyyə naziri Oqtay Şirəliyevin Niderlanda səfəri

6-8 dekabr 2007-ci il

Təhsil naziri Misir Mərdanovun Niderlanda səfəri

29 iyun-2 iyul 2009-cu il

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin Niderlanda səfəri

25-28 oktyabr 2009-cu il

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun Niderlanda səfəri

8-12 avqust 2010-cu il

Niderlandın Ədliyyə naziri Erns Hirş Ballinin Azərbaycana səfəri

17-19 may 2011-ci il

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Niderlanda səfəri

6-7 mart 2012-ci il

Niderlandın İnfrastruktur və Ətraf Mühit naziri Melani Şults van Haegen-Maas Geesteranusun Azərbaycana səfəri

10-12 iyun 2012-ci il

Xarici İşlər naziri Elmar Məmmədyarovun Niderlanda rəsmi səfəri

12-14 sentyabr 2012-ci il

Niderlandın Baş nazirinin müavini, İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri cənab Maksim Verhagenin Azərbaycana səfəri

4 fevral 2014-cü il

Niderlandın xarici işlər naziri Frans Timmermansın Azərbaycana rəsmi səfəri

2-5 aprel 2014-cü il

Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Niderlanda səfəri

22-25 aprel 2014-cü il

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Niderlanda səfəri

12-14 may 2014-cü il

Niderlandın Repatriasiya və Geri Qaytarma Xidmətinin Baş direktoru Rodia Maasın Azərbaycana səfəri

4 sentyabr 2014-cü il

NATO-nun Uels sammiti çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovun Niderlandlı həmkarı Frans Timmermans arasında görüş

10-11 oktyabr 2014-cü il

Niderlandın İmmiqrasiya və Naturalizasiya Xidmətinin Baş direktoru Rob Van Lintin Azərbaycana səfəri

6-7 noyabr 2014-cü il

 

15-17 aprel 2015-ci il

 

21-23 aprel 2015-ci il


22-23 aprel 2015-ci il

 

27 sentybr 2015-ci il

 

10-11 may 2016-cı il

 

8-10 fevral 2017

Niderlandın İnfrastruktur və Ətraf Mühit naziri Melani Şults van Haegen-Maas Geesteranusun Azərbaycana səfəri

Rabitə və Yükəsk Texnologiyalar naziri Əli Abbasovun Haaqada keçirilən “Kiberməkan 2015” adlı nazirlər konfransında iştirak etmək məqsədilə Niderlanda səfəri

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Niderlanda səfəri

 

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin Niderlanda səfəri

 

BMT Baş Assambleyası çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarovla Niderlandlı həmkarı Bert Koendersin görüşü

 

Niderlandın İqtisadiyyat Naziri Henk Kampın Azərbaycana səfəri

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Niderlanda səfəri

 

l

 

 

 

 

İqtisadi əməkdaşlıq

Son illər ərzində Səfirliyin dəstəyi ilə təşkil olunmuş ikitərəfli iqtisadi missiyalar, biznes forumlar, eləcə də aparılan digər işlər nəticəsində Azərbaycan və Niderland arasında əlaqələr praktik əməkdaşlığa yönəlik yeni mərhələyə qədəm qoymuşdur.

2012-ci ilin sentyabr ayında Niderlandın baş nazirinin müavini Maksim Verhagenin, 2013-cü ilin 19-21 noyabr tarixlərində Rotterdam şəhərinin meri Əhməd Abutalebin, 2014-cü ilin 23-25 aprel tarixlərində Niderland senatının üzvü Rene van der Lindenin, 2015-ci ilin 23-24 aprel tarixlərində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin və Niderlandın İqtisadiyyat naziri Henk Kampın başçılığı ilə iki ölkə arasında ümumilikdə 4 biznes forum təşkil edilmişdir. 17 May 2016-cı ildə iki ölkə arasında növbəti biznes forum Bakıda təşkil olunmuşdur.

AR İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata əsasən qeyri-neft sektoruna yatırılmış birbaşa investisiyaların 9.1%-i yəni 668 milyon ABŞ dolları Niderland sərmayəçilərinin payına düşür. Bu göstərici üzrə Niderland Türkiyə, Böyük Britaniya və ABŞ-dan sonra 4-cü yeri tutur. Niderland kapitalına malik 110-a yaxın şirkət Azərbaycanda ticarət, xidmət, bank, sığorta, sənaye, tikinti, nəqliyyat, rabitə və s. sahələrdə uğurla fəaliyyət göstərir.

 

 

 İkitərəfli əməkdaşlığın digər sahələri

Azərbaycan Diplomatik Akademiyası və Maastrixt İdarəetmə Məktəbi arasında  2013-cü ildə əsası qoyulmuş Enerji idarəçiliyi sahəsində birgə MBA (Master of Business Administration) proqramı uğurla davam etdirilir. Belə ki, bu proqram üzrə təhsilini başa vuran tələbələr həm ADA, həm də Maastrixt İdarəetmə Məktəbinin diplomlarına yiyələnirlər.

Niderlandın Klingendal Beynəlxalq Əlaqələr İnstitutu Cənubi Qafqaz ölkələrindən olan diplomatlar üçün illik əsasda treyninq proqramları təşkil edir. Klingendal və Azərbaycan Diplomatik Akademiyası arasında əməkdaşlıq inkişaf etdirilməkdədir.

Səfirlik və Haaqa Beynəlxalq Hüquq Akademiyasının əməkdaşlığı çərçivəsində hər il beynəlxalq ümumi hüquq üzrə mütəxəssisləri üçün Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səfirlikdə tematik seminarlar təşkil olunur.

Səfirlik tərəfindən mütəmadi olaraq Niderland Krallığında fəaliyyət göstərən aparıcı Azərbaycan diaspor təşkilatları – Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və s. eləcə də Niderland ictimaiyyəti təmsilçiləri tərəfindən təşkil olunmuş Niderland-Azərbaycan Əlaqələndirmə Platformasının (Netherlands-Azerbaijani Communication Platform – NACP), “Azərbaycanın Holland Dostları” Cəmiyyətinin (Dutch Friends of Azerbaijan)  rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlər keçirilir, ümumi müzakirələr, diaspora nümayəndələrinin problemləri, qarşıda duran əsas məsələlər barədə fikir mübadiləsi aparılır, sözügedən sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dəyirmi masalar təşkil olunur.

Azərbaycan dilinin və ədəbiyyatının Niderlandda təbliği məqsədilə 16 dekabr 2013-cü il tarixindən etibarən Haaqa şəhərində Səfirliyin dəstəyi və Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyinin nəzdində Nizami Gəncəvi adına məktəb fəaliyyətə başlamışdır. Sözügedən məktəbdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə yanaşı ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və s. barədə ətraflı məlumat verilir. Azərbaycan dili dərslərinin lazımi qaydada keçirilməsi məqsədilə Səfirlik tərəfindən məktəbə mütəmadi olaraq lazımi dərsliklər və metodiki vəsaitlər təqdim olunur.

 

 

 

 
bakushop