Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi

Ümumvətəndaş pasportunun əldə edilməsi

Azərbaycan Respublikasının ümum vətəndaş pasportunu  əldə etmək üçün müraciət edən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilməlidir.Müraciət edən şəxs Azərbaycan  Respublikasının müvafiq dövlət qurumları tərəfindən  verilmiş və etibarlılıq müddəti bitməyən şəxsiyyət  vəsiqəsinə sahib olduğu təqdirdə  birbaşa pasport üçün müraciət edə bilər. Müraciət edən şəxs Azərbaycan Respublikasına məxsus etibarlılıq müddəti bitməyən  şəxsiyyət vəsiqəsinə sahib olmadığı təqdirdə, həmin şəxsin vətəndaşlığı müəyyən edilir. Əlavə məlumat üçün "Vətəndaşlığın müəyyən olunması" bölməsinə daxil ola bilərsiniz

Ümumvətəndaş pasportu üçün lazım olan sənədlər

Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsina malik olan şəxslər Səfirlik vasitəsilə ümumvətəndaş pasportuna müracətedə bilərlər. Pasport üçün sənədlər konsulluq şöbəsi tərəfindən təyin olunmuş günlərdə təqdim edilməlidir. 

1. Ərizə-anket (18 yaşı tamam olmuş); Ərizə-anket (18 yaşı tamam olmamış);

2. Müraciət edən şəxsin ərizəsi;

3. Müraciət edən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi və surəti;

4. 2 (iki) ədəd foto şəkil;

5. Niderlandda yaşayış yerindən arayış;

6. Müraciət  edən şəxs Səfirlikdə konsulluq qeydiyyatında olmadıqda, qeydiyyata dair ərizə-anket;

7. Yetkinlik yaşına çatmayan uşaqların valideynləri tərəfindən yazılmış razıl qərizələri;

8. 55 avro (əllibeş) dövlət rüsumunun ödənilməsi haqqında qəbz.Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

9. 40 manat (qırx) dövlət rüsumunun Azərbaycanda ərizədə (bənd 2) qeyd olunmuş şəxs tərəfindən ödənilir.